ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası məsələsini getdikcə daha ciddi şəkildə nəzərdən keçirir.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN Amerika liderinin adının açıqlanmasını istəməyən köməkçilərinə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Hörmüz boğazının bağlı qalması, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməməsi Ağ Ev rəhbərliyində narazılığı artırır. Tramp isə bunu İran hakimiyyəti daxilində mövcud olduğu iddia edilən fikir ayrılıqları ilə əlaqələndirir.












