Zabil Qəhrəmanovun həbs müddəti üçüncü dəfə uzadıldı

Hazırda həbsdə olan tanınmış vəkil Zabil Qəhrəmanovun həbsdə saxlanılma müddəti üçüncü dəfə uzadılıb.

Bu barədə Gununsesi.info-ya onun vəkili Fariz Namazlı deyib. Vəkilin sözlərinə görə, bu qərardan apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, Zabil Qəhrəmanov xuliqanlıq və dələduzluq ittihamı ilə həbs edilib.

Firuzə
Gununsesi.info