“Türkiyədə vaxtından əvvəl prezident seçkiləri keçirilməyəcək. Bunu zəruri edən hər hansı situasiya mövcud deyil. Türkiyə hüquq dövlətidir. Bizim ölkəmizdə qanunvericiliyin bütün tələblərinə riayət olunur”.
Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın müşaviri Mehmet Uçum çıxış edib. Uçum müxalifətin vaxtından əvvəl seçkilərin keçiriləcəyi ilə baglı iddialarını “siyasi demoqogiya” adlandırıb.
Ərdoğanın müşaviri Türkiyədə növbəti prezident seçkilərinin keçiriləcəyi tarixi də açıqlayıb. Mehmet Uçum qüvvədə olan seçki qanunvericiliyinə uyğun olaraq, ölkədə prezident seçkilərinin 19 aprel 2028-ci ildə keçiriləcəyini bildirib.












