Maarifçilik hərəkatı Avropa tarixində cəmiyyətin düşüncə, elm və mədəni inkişafında mühüm rol oynamış, xüsusilə Almaniya və Fransa kimi ölkələrdə güclü ziyalı ənənələrinin formalaşmasına səbəb olmuşdur.
Bu ölkələrdə müxtəlif dövrlərdə ictimai və siyasi proseslərə təsir edən ziyalı təbəqəsi cəmiyyət həyatında fəal mövqe tutmuşdur.
Lakin müasir dövrdə qloballaşma, miqrasiya prosesləri və sosial dəyişikliklər fonunda bu ənənənin əvvəlki gücünü qoruyub saxlayıb-saxlamaması ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Gununsesi.info-nun xəbərinə görə, sabit millət vəkili bu məsələyə diqqət çəkərək deyib:
“Maarifçilik hərakatının vətəni sayılan Almaniya və Fransada zaman-zaman böyük ziyalılar ordusu yetişib. Bu hərakat bir neçə əsr hökmranlıq edib. Yetişən ziyalılar, məsələn, XX Əsrdə Fransada de Qollun, hətta Mitteranın vaxtında ölkələrində əxlaqsız və xoşagəlməz hadisələrə dərhal reaksiya veriblər və hökumət onlarla hesablaşıb”.
O, həmçinin bildirib:
“Dövr dəyişib. Bu ölkələr mühacirlik fəlsəfəsini mənasızlaşdırıblar. Avara, tüfeyli, ailə tərbəyəsi və təhsil görməmiş ünsürlərə siyasi mühacirlik statusu verilir. Almaniya və Fransada ziyalı təbəqəsi qeyb olub. Bu təbəqə mövcud olsaydı, ölkələrinin rəhbərinə müraciət edib, əxlaqsızların ölkədən qovulması məsələsinin həllinə çalışardılar. Azərbaycandan qaçan və yalnız söyüş söyən məxluqlar bu ölkələrin də nüfuzuna zərbə vururlar. Maarifçilik isə lənət qazanır”.
Elmar












