Ukrayna və ABŞ cəbhədə atəşkəsi müzakirə edirlər

  • By Admin2
  • 19 İyun 2026 14:04

Hazırda ABŞ və Rusiya arasında qeyri-rəsmi danışıqlar bərpa olunub və Ukrayna ilə Donald Trampın komandası arasında gündəlik təmaslar baş verir.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Bildirilib ki, müzakirə olunan ideyalardan biri iki mərhələli atəşkəsdir – əvvəlcə cəbhə xəttinin hər iki tərəfində hərbi əməliyyatları 50-70 km enində məhdudlaşdırmaq və daha sonra daha geniş bir razılaşma bağlamaq.

Yüksək vəzifəli Ukrayna rəsmisi bildirib ki, Rusiyanın oktyabr ayına qədər hər hansı bir addım atması ehtimalı azdır.

“The Economist” yazır ki, Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı müharibədən imtina edəcəyini gözləmək olmaz. Amma digər tərəfdən, son vaxtlar yeni bir mənzərə formalaşır və bu, əsasən ukraynalılar tərəfindən yaradılır.

Putin bir vaxtlar müharibənin uzaq bir yerdə baş verdiyini iddia etməyə çalışmışdı. İndi isə ruslar tüstünü öz gözləri ilə görməyə başlayıb. Hətta artıq Moskvada Ukrauna dronlarının zərbələri gözlə görünür.

Gununsesi.info