Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Expressbank” ASC-lərin kart əməliyyatlarında texniki problem yaranıb.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı banklar mobil tətbiqləri vasitəsilə müştərilərinə bildirişlər göndərib.

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – ABB-nin məlumatında qeyd olunub.

ABB-dən “Report”a bildirilib ki, yaxın zamanda vəsaitlər bank hesablarına bərpa olunacaq.

Digər bank kartlarında da eyni problemin yaşandığı bildirilir.

 

Gununsesi.info