İtkin düşən kişinin meyiti göldə tapıldı

  • Müəllif: Orxan
  • 27 İyun 2026 13:26

Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib.

Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info