Batıgöz autizmli uşaqları ödənişsiz müayinə etdi — FOTOLAR

Batıgöz klinikası inklüzivlik və sosial məsuliyyət prinsipləri çərçivəsində autizmli uşaqlar üçün ödənişsiz göz müayinələri təşkil edib.

Gununsesi.info xəbər verir ki, layihə çərçivəsində uşaqların göz sağlamlığı qiymətləndirilib, valideynlərlə fərdi söhbətlər aparılıb və göz sağlamlığının qorunması ilə bağlı tövsiyələr təqdim olunub. Müayinələr zamanı əsas məqsəd yalnız tibbi yoxlama aparmaq deyil, eyni zamanda uşaqların özlərini rahat, təhlükəsiz və anlayışla qarşılandıqlarını hiss etmələrini təmin etmək olub.

Qeyd edək ki, Batıgöz klinikası 5 ölkədə 15-dən çox filialı ilə fəaliyyət göstərən beynəlxalq klinikalar şəbəkəsidir. Azərbaycanda Bakı, Sumqayıt, Lənkəran və Zaqatalada xidmət göstərən klinikalarında katarakta, lazer göz əməliyyatları, retina və vitreoretinal cərrahiyyə, qlaukoma, pediatrik oftalmologiya, quru göz sindromunun müalicəsi və ümumi göz xəstəliklərinin diaqnostika və müalicəsi həyata keçirilir.

Eyni zamanda Batıgöz klinikası quru göz sindromunun IPL EyeLight texnologiyası ilə müalicəsini tətbiq edən ilk klinikalardan biri olaraq oftalmologiya sahəsində müasir tibbi yanaşmaları tətbiq etməyə davam edir.

Batıgöz klinikasının həyata keçirdiyi bu təşəbbüs iştirakçılar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb və inklüzivliklə yanaşı erkən diaqnostikanın əhəmiyyətini bir daha ön plana çıxarıb.

Batıgöz klinikası gələcəkdə də sosial məsuliyyət və inklüzivlik yönümlü layihələrdə fəal iştirak etməyə, cəmiyyətin müxtəlif qruplarına dəstək göstərməyə davam edəcək.