“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel 2026-cı il Formula 1 Dünya Çempionatının – Avstriya Qran-prisinin səkkizinci raundunun qalibi olub.
Gununsesi.info xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu Maks Verstappen ikinci yeri tutub. Dördqat dünya çempionu mövsümün ən yaxşı nəticəsini göstərib.
Ümumi lider olan italiyalı Kimi Antonelli (Mercedes) üçüncü yerdə qərarlaşıb.









