Ərdoğan CHP-dəki qarşıdurmadan danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə CHP daxilində baş verənlərə münasibət bildirib.

Gununsesi.info həmn açıqlamanı təqdim edir:

Ana müxalifət partiyası daxilindəki qarşıdurmanın getdikcə məntiqli və sağlam müstəvidən çıxaraq “davada hər şey mübahdır” anlayışına çevrilməsi son dərəcə yanlışdır.

Bu prosesdə Alevi vətəndaşlarımızdan istifadə edilməyə çalışılması isə daha böyük bir yanlışlıqdır.

Keçmişdə yaşanan ağrı-acıların memarı olan ana müxalifət partiyasının ölkə üçün bu məsələdə görə biləcəyi ən xeyirli iş, əgər həqiqətən cəsarətləri varsa, öz qaranlıq keçmişləri və pis siyasi irsləri ilə üzləşmələridir.

Heç kim Alevi vətəndaşlarımızın həssaslığı üzərindən siyasət aparmamalı, xüsusilə də bundan sui-istifadə etməyə cəhd göstərməməlidir.

Nifaq siyasəti bu ölkəyə keçmişdə yalnız zərər gətirib.

Qütbləşdirmə siyasəti bu xalqa çox böyük acılar yaşadıb.

Allahın izni ilə bunların yenidən təkrarlanmasına imkan verməyəcəyik.

Minillik qardaşlığımızın zədələnməsinə, yaralanmasına və zəiflədilməsinə göz yummayacağıq; belə bir siyasətə nə dəstək verərik, nə də ona yol açarıq.

Firuzə Mahmudova

Gununsesi.info