Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç ilə məhbus mübadiləsini müzakirə edəcəyini bildirib.
Bu barədə Gununsesi.info rus mediasına istinadən xəbər verir.
Lavrovun sözlərinə görə, görüş zamanı humanitar məsələlər, o cümlədən məhbusların vəziyyəti və məhbus mübadiləsi ilə bağlı əməkdaşlığın ayrı-ayrı istiqamətləri nəzərdən keçiriləcək.
Rusiya xarici işlər naziri qeyd edib ki, bu mövzular Spolyariçin Rusiya Müdafiə Nazirliyində, eləcə də ölkənin İnsan Hüquqları üzrə Komissarı Yana Lantratova və Uşaq Hüquqları üzrə Komissarı Mariya Lvova-Belova ilə keçirəcəyi görüşlərdə də müzakirə olunacaq.
Lavrov bildirib ki, tərəflər humanitar sahədə əməkdaşlığın mövcud vəziyyəti və gələcək addımlar ətrafında fikir mübadiləsi aparacaqlar.












