Aktiv ƏDV ödəyicilərinin sayı 5,1% artıb

İyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2% artaraq 887.129 təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata əsasən, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1% artaraq 61.368 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 faiz artıb və 242.208 olub.

Gununsesi.info