İyulun 7-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.












