İsrail ordusu İrana qarşı hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı yüksək hazırlıq vəziyyətindədir.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.
Nazirin sözlərinə görə, zərurət yaranacağı təqdirdə İsrail daha sərt tədbirlərə əl atmağa hazırdır.
“Lazım gəlsə təhdidləri aradan qaldırmaq üçün daha böyük güclə hücuma keçəcəyik. İstənilən istiqamətlərdən mümkün təhdidlərə cavab verməyə hazırıq. İsrailin əli hər yerə çatır!”, – Kats deyib.












