Əli Əsədovdan MÜHÜM QƏRAR

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət informasiya sistemlərinin formalaşdırılması və inteqrasiyası ilə bağlı qanunvericiliyin tələblərindən irəli gələn tədbirlərin icrasını təmin edəcək.

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Ehtiyatları Agentliyi altı ay müddətində Əsasnamədə nəzərdə tutulan məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Ərzaq təminatı xəritəsi” informasiya sisteminə ötürülməsini təmin etməlidirlər.

Gununsesi.info