Kurskda terrorçulara qoşulmağa çalışan 15 yaşlı oğlan saxlanılıb

  • By Admin2
  • 16 İyul 2026 17:06

Regional İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Kurskda 15 yaşlı oğlan terror təşkilatına qoşulmaq cəhdi iddiası ilə saxlanılıb.

Gununsesi.info xəbər verir ki, müstəntiqlərin sözlərinə görə, 2026-cı ilin may ayında gənc oğlan Telegram messenceri vasitəsilə Rusiyada qadağan olunmuş bir təşkilatın nümayəndəsi ilə yazışmalara girib və onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirib.

Cinayətin üstü Kursk vilayəti üzrə FSB Sərhəd İdarəsinin müstəntiqləri və əməkdaşlarının birgə səyləri nəticəsində açılıb.

Yetkinlik yaşına çatmayan şəxs hazırda saxlanılıb və Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205.5-ci maddəsinin 2-ci hissəsi (terror təşkilatının fəaliyyətində iştiraka hazırlıq) ilə ittiham olunub.

Həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur, istintaq hərəkətləri davam etdirilir.

Maqsud

Gununsesi.info