“10 min manat qazanırlar, sonra musiqiçiyə cəmi 200 manat verirlər”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu  “Qonaqcanlı” verilişində sərt fikirlər səsləndirib.

Gununsesi.info xəbər verir ki, o, bəzi müğənniləri toy məclislərində qazanc bölgüsünə görə tənqid edib.

Hüseyn Məhəmmədoğlu bildirib ki, bəzi müğənnilər toy məclislərindən 10 min manat qazanc əldə etdikləri halda, həmin məclislərdə çalışan musiqiçilərə cəmi 200 manat ödəyirlər.

“İstəyirəm ki, oğlum müğənni olsun. Bunun çox böyük səbəbləri var. Bu gün müğənnilər toy məclisinə gedib 10 min manat qazanırlar, sonra musiqiçiyə cəmi 200 manat verirlər. Yazıq deyil musiqiçilərə? Onlar da çörək qazanmalıdırlar. Məhz buna görə istəyirəm ki, oğlum bu yolu seçsin. Düzdür, böyük qızım da istedadlıdır, amma istəyirəm ki, oğlum müğənni olsun”, – deyə Hüseyn Məhəmmədoğlu bildirib.

 

 

Şəbnəm

Gununsesi.info