Çinlə yeni ticarət münaqişəsi istəmirik - Merz

  • Müəllif: Firuzə
  • 17 İyul 2026 23:30

Almaniya Kansleri Fridrix Merz Çinlə yeni ticarət münaqişəsinin tərəfdarı olmadığını, lakin Avropa sənayesinə zərər vuran iqtisadi disbalanslarla bağlı açıq dialoqun vacib olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki bu barədə o, Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.

Merz qeyd edib ki, Çin də 450 milyon istehlakçısı olan Avropa bazarından asılıdır və tərəflər arasında qarşılıqlı asılılıq mövcuddur.

Kansler Avropa İttifaqı ilə Çin arasında konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Gununsesi.info