Venesuelada baş vermiş zəlzələdə ölənlərin sayı 5 069 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Xorxe Rodriges məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alanların sayı 16 740 nəfərdir.
Qeyd edək ki, iyunun 24-də axşam saatlarında ölkənin mərkəzi və şimal-qərb hissəsində 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.











