Gəncədə azyaşlı uşaq öldü

Gəncədə 1 yaşlı uşağın ölüm faktı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, azyaşlı Tərtər rayonundan Gəncə Birləşmiş Uşaq Xəstəxanasına ağır vəziyyətdə gətirilib.

Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, J. Təhməzzadənin həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

 

Gununsesi.info