Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq

  • Müəllif: Firuzə
  • 23 İyul 2026 11:25

Bu ildən əmək bazarının ehtiyaclarına uyğun 5 yeni ixtisas üzrə tədrisə başlanılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri İlqar Bayramlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunlar geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustası ixtisaslarıdır.

İ.Bayramlı qeyd edib ki, peşə təhsilində beynəlxalq sertifikatlı proqramların tətbiqi də davam etdirilir.

Gununsesi.info