Bir müddət əvvəl Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilən Azərbaycan əsilli Timur Tkaçenkoya yeni vəzifə verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ali Radada Ukrayna hökumətinin daimi nümayəndəsi Taras Melniçuk açıqlayıb.
Onun sözlərinə görə, ölkənin Nazirlər Kabineti T.Tkaçenkonun Kiyev vilayəti administrasiyasının rəhbəri vəzifəsinə təyin edilməsini təsdiqləyib.
Xatırladaq ki, Tkaçenko 2024-cü il dekabrın 31-də Kiyev şəhər hərbi administrasiyasının rəhbəri təyin edilmişdi. Bu ilin iyulun 17-də isə Ukrayna Prezidenti Volodimir Zelenski onun bu vəzifədən azad edilməsi barədə sərəncam imzalamışdı.
Onu da qeyd edək ki, 36 yaşlı Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.












