Avropa İttifaqı (AB) Rusiyaya qarşı əlavə sanksiyalar üzərində işləyir.
Gununsesi.info xəbər verir ki, bu barədə AB diplomatiya rəhbəri Kaja Kallas sosial mediada məlumat verib.
“Rusiyaya qarşı 21-ci sanksiya paketi barədə razılığa gəldik. Bu, sanksiya rejiminin sonu deyil. Artıq növbəti addımlar üzərində işləyirik”, – deyə o yazıb.
Qeyd edək ki, iyulun 23-də Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların azaldılmış 21-ci paketini təsdiqlədi və bu paket Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) dəniz nəqliyyatına tam qadağanı istisna etdi.
Maqsud











