Ceyranbatan–Maştağa su xəttində təmir yekunlaşır

Ceyranbatan – Maştağa xəttinin 6-cı kilometrində diametri 1200 mm olan xəttin istismar müddəti bitmiş 22 metr qəzalı hissəsi yenisi ilə əvəzlənib.

Gununsesi.info xəbər verir ki, işlər fasiləsiz şəkildə aparılıb. Hazırda təmir-bərpa işləri yekunlaşmaq üzrədir.

Növbəti mərhələdə xəttin yuyulması, içməli su ilə doldurulması, müvafiq anbarlara çatdırılması və ərazidaxili xətlərə ötürülməsi prosesi həyata keçiriləcək.

 

 

Gununsesi.info