Xarici vətəndaş Azərbaycanda hansı hüquqlardan istifadə edə bilməz?

  • Müəllif: Firuzə
  • 29 İyul 2026 22:21

Xarici vətəndaşların əksər hüquqları Azərbaycan vətəndaşları ilə eynidir.

Bəs görəsən, hansı istisnalar mövcuddur?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, xarici vətəndaşlar Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, məhkəməyə müraciət etmək və əmlak əldə etmək kimi bir çox hüquqlardan istifadə edə bilərlər.

Hüquqşünas həmçinin deyib:

“Bununla yanaşı, bəzi hüquqlar yalnız Azərbaycan vətəndaşlarına məxsusdur. Məsələn, xarici vətəndaş prezident seçkilərində səs verə bilməz, Milli Məclisə deputat seçilə bilməz, prezident seçilə bilməz, dövlət hakimiyyətinin bəzi vəzifələrini tuta bilməz, hərni xidmətlə bağlı vətəndaşlara aid bəzi hüquq və öhdəliklərə malik olmur. Konkret desək, xarici vətəndaşlar Azərbaycanda geniş hüquqlara malik olsalar da, dövlət idarəçiliyi, seçki hüququ və bəzi dövlət vəzifələri ilə bağlı hüquqlardan istifadə edə bilmirlər”.

Elmar
Gununsesi.info