Universitet bağlandı, rəhbər heyətin vəzifələri ləğv edildi

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə ali təhsil müəssisəsinin rəhbər və inzibati strukturu da fəaliyyətini dayandırıb.

Gununsesi.info nun məlumatına görə, universitetin bağlanması nəticəsində rəhbər vəzifələri də faktiki olaraq ləğv edilib. Bununla da rektor, prorektorlar, dekanlar, kafedra müdirləri və şöbə müdirləri tutduqları vəzifələri itiriblər.

Vəzifələrini itirən rəhbər heyət aşağıdakılardır:

Rektor:

Sevinc Ağarəhim qızı Rəhimova

Prorektorlar:

Hava Qara qızı Abdullayeva

Aygün Yaşar qızı Cəfərova

Tural Qasım oğlu Abdurəhimov

Dekanlar:

İlahə Fikrət qızı Quliyeva

Səyalə Qibliyəli qızı İmanova

Kafedra müdirləri:

Nurəngiz Tofiq qızı Rzayeva

Yeganə Müseyib qızı Hacıyeva

Həsən Bayram oğlu Bayramov

Çingiz Məmməd oğlu Qaraşarlı

Əzizağa Bəhram oğlu Ələkbərli

Aqil Xanməmməd oğlu Xanməmmədov

Şöbə müdirləri:

Məleykə Zəka qızı Quliyeva

Rəqsanə İsmayıl qızı Məmmədova

Elmira Kənan qızı Səfərli

Qeyd edək ki, Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı qəbul edilən qərardan sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərinin davam etdirilməsi nəzərdə tutulur. 

 

 

Günay 

Gununsesi.info