“The Guardian” qəzetinin məlumatına görə, 19 yaşlı Norveç vətəndaşı Böyük Britaniyada 25.000 avro müqabilində sifarişli qətl törətməyə razılıq verdiyinə görə məhkum edilib.
Gununsesi.info xəbər verir ki, müstəntiqlərin sözlərinə görə, 2025-ci ilin yazında norveçli Yohannes Natland İran rejimi ilə əlaqəli olan İsveç cinayətkar şəbəkəsi Foxtrot tərəfindən işə götürülüb.
Gənc oğlan sosial media vasitəsilə Böyük Britaniyada naməlum bir şəxsi öldürmək üçün işə götürülüb.
Məhkəmədə təqsirləndirilən şəxs əvvəlcə qətl planlarını “zarafat” hesab etdiyini, lakin onların ciddi olduğunu anladıqda, guya missiyadan yayınmaq üçün bir yol axtarmağa başladığını iddia etdi. Lakin münsiflər heyəti onu qətl törətmək üçün sui-qəsddə günahkar bilib.
Maqsud












