“Abituriyent və tələbələrə attestat və diplomların elektron qaydada təqdim ediləcəyi xəbəri hamımızda ümid yaratmışdı. Gözləntimiz ondan ibarət idi ki, bu sənədlər əvvəlki illərlə müqayisədə daha qısa müddətdə əlçatan olacaq”.
Gununsesi.info bildirir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev deyib:

“Lakin təəssüf ki, elektron attestat sisteminə keçid nəticəsində şagirdlərin əvvəlki illərdə iyunun sonunda aldıqları attestatlar bu il yalnız avqustun əvvəlində təqdim olunur. Bizim anlayışımıza görə, elektronlaşdırılma xidmətin daha sürətli göstərilməsi deməkdir.
Görünür, nazirliyin bu məsələyə yanaşması fərqlidir. Ola bilsin ki, bu gecikmə sistemin sınaq mərhələsi ilə bağlıdır.”
Firuzə












