ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın vaxtlarda yenidən gəmiçilik üçün açılacağını iddia edib.
Gununsesi.info xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Boğaz çox yaxın zamanda açılacaq. Əks halda onlara güclü zərbə endiriləcək və bundan sonra boğaz açılacaq”, – ABŞ prezidenti bildirib.
Tramp həmçinin Vaşinqton və Tehran arasında aparılan danışıqların müsbət keçdiyini vurğulayıb.
“Biz çox yaxşı danışıqlar aparırıq. Sadəcə İran bunu etiraf etmək istəmir. Bu yanaşma bir qədər məyusedicidir”, – o əlavə edib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Hörmüz boğazında normal gəmiçiliyin bərpası ilə bağlı İranla aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu, lakin hələ yekun razılaşmanın olmadığını açıqlamışdı.











