Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı

  • Müəllif: Firuzə
  • 05 Avqust 2026 09:36

Bu gündən bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırılıb.

Gununsesi.info   xəbər verir ki, 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “mygov” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Gununsesi.info