İlqar Məmmədov: Rusiya-Ermənistan qarşıdurması Bakı üçün əvvəlki əhəmiyyətini itirir

  • Müəllif: Orxan
  • 05 Avqust 2026 09:56

REAL Partiyasının sabiq sədri İlqar Məmmədov hesab edir ki, Ermənistanın son illərdəki iqtisadi yüksəlişi ölkənin siyasi kursuna da təsir göstərir və bu proses gələcəkdə daha da sürətlənə bilər.

Gununsesi.info xəbər verir ki, siyasətçinin fikrincə, Rusiyadan uzaqlaşdıqdan sonra Ermənistan əhəmiyyətli dərəcədə zənginləşməyə başlayıb və bu tendensiyanın davam etməsi ehtimalı yüksəkdir.

Obildirib ki, məhz bu amil Baş nazir Nikol Paşinyanın seçkilərdə qalib gəlməsinə təsir edən əsas faktorlar sırasındadır.

Məmmədov əlavə edib ki, bununla yanaşı, hakimiyyətin dövlət resurslarından istifadə edərək müxalifətə təzyiq göstərməsi də rol oynayır.

İlqar Məmmədovun sözlərinə görə, Ermənistanın mövcud siyasi kursunu davam etdirməsi rusiyapərəst qüvvələrin gələcək perspektivlərini zəiflədir.

Bu səbəbdən, onun qənaətincə, Rusiya-Ermənistan münasibətlərində baş verən siyasi gərginlik Azərbaycanın baxımından əvvəlki qədər həlledici əhəmiyyət daşımır.

İlqar Məmmədob hesab edir ki, Azərbaycan bundan sonra qərarlarını Moskvanın Ermənistandakı siyasi proseslərə təsir imkanlarını nəzərə almaqdan daha çox, yeni regional reallıqlar əsasında formalaşdırmalıdır.

Məmmədov, həmçinin bildirib ki, Ermənistanda əhalinin rifah səviyyəsinin yüksəlməsi gələcəkdə Azərbaycanın daxili siyasi müzakirələrinə də artan təsir göstərəcək və iki ölkə arasında müqayisələrin daha da intensivləşəcəyini istisna etməyib.

Elmar

Gununsesi.info