Vətəndaş Nar-ın xidmətindən narazıdır: "Problemi həll etmirlər"

Vətəndaş mobil operator Narın xidmətindən narazıdır.

Gununsesi.info  xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib.

Vətəndaşın sözlərinə görə, təxminən bir aydır istifadə etdiyi nömrəni başqa mobil operatora daşımaq istəsə də, bu mümkün olmayıb.

O iddia edir ki, Nar tərəfindən abonent məlumatlarında guya uyğunsuzluq olduğu bildirildiyi üçün müraciətləri davamlı olaraq rədd edilir.

“Deməli mən bir aydı nömrəmi Azərcell şəbəkəsinə daşımaq istəyirəm ama Narın yaratdığı süni maneələr(guya abonent məlumatlarında səhvlik var) nəticəsində daşınma mümkün olmur. Rabitə və Yüksək Texnologiyalar nazirliyinə də bir dəfə şikayət ünvanladım. Deməli nazirliyə verdikləri cavab o olub ki, sorğuya cavab auto reject yəni avtomatik rədd modunda olub. Deməli bunların özbaşınalığına bax ki, sorğuya heç məhəl qoymadan elə rədd edirlər. Və əlavə ediblər ki, növbəti sorğuya müsbət cavab veriləcək. Halbuki mənim növbəti sorğuma da rədd gəldi. Və beləliklə mən bir aydı nervi çəkirəm bunların əlindən. Dəfələrlə operatorlarıyla canlı danışığım olub. Dah sora tətbiq üzərindən online dəstək bölümünə yazmışam. Elə eyni şeyləri deyirlər. “Müraciətiniz qeydə alındı” .İndi bilmək istəyirəm ki, mən mənə dəyən mənəvi zərər üçün hansı hüquqi addımı ata bilərəm?”.

 

 

Afət

Gununsesi.info