MİQ-də növbəti vakansiya seçimi başlayır

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayır.

Bu barədə Gununsesi.info -ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.

Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.

Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.

Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

Xatırladaq ki, 5-6 avqust tarixlərində test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvləri vakansiya seçimində iştirak ediblər. Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçiblər.

 

Gununsesi.info