Moskvaya yaxınlaşarkən vurulan pilotsuz uçuş aparatlarının (PUA) sayı altıya çatıb.
Gununsesi.info xəbər verir ki, paytaxtın meri Sergey Sobyan şəhərə doğru uçan daha üç dronun məhv edildiyini bildirib.
Mer sosial şəbəkə hesabında təcili yardım xidmətlərinin mütəxəssislərinin PUA qalıqlarının düşdüyü ərazilərdə işlədiyini açıqlayıb.
Xatırladaq ki, bazar günü gecə saatlarında S.Sobyanin üç PUA-nın zərərsizləşdirildiyini elan etmişdi. Bununla da gün ərzində məhv edilən dronların ümumi sayı altıya çatıb.











