Məsud Pezeşkian Milli Təhlükəsizlik Ali Şurasının katibini dəyişib

  • Müəllif: Firuzə
  • 09 Avqust 2026 23:17

İran Prezidenti Məsud Pezeşkian Məhsen Rzayini Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İran prezidentinin administrasiyasının kommunikasiya və informasiya məsələləri üzrə rəhbər müavini Seyid Mehdi Təbətəbai açıqlama verib.

Məlumata görə, Məhəmməd Baqer Zülqədrinin bundan sonra başqa vəzifəyə keçəcəyi bildirilib. Onun yeni vəzifəsinin nədən ibarət olacağı açıqlanmayıb.

Məhsen Rzayi bundan əvvəl İranın ali rəhbərinin hərbi müşaviri vəzifəsində çalışıb. O, daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəhbərlik edib.

Gununsesi.info