Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

  • Müəllif: Orxan
  • 12 Avqust 2026 13:31

Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb.

Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, söhbət Sevan-Martuni-Basarkeçər (Vardenis)-Ermənistan sərhədi istiqamətində uzanan M-10 avtomagistralının Basarkeçər bölgəsindən keçən hissəsindən gedir.

Məlumata görə, yolun yenidən qurulması işləri Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.

Hazırda magistralın yenidən qurulan hissəsində asfalt-beton örtüyünün salınmasına da başlanılıb.

Qeyd edək ki, Basarkeçər rayonu Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir.

Gununsesi.info