Fransada istilər 7300 nəfərin həyatına son qoyub

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 20:11

2026-cı ilin may- iyul aylarında müşahidə olunan kəskin istilər nəticəsində Fransada 7300 nəfər ölüm halı qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

İyulun 3-dən 22-dək davam edən istilik dalğası zamanı1243 ölüm halı qeydə alınıb. Bu rəqəm iyunun sonundakı ilk böyük istilik dalğası zamanı qeydə alınan göstəricidən aşağıdır.

İlk güclü istilik dalğası zamanı (17 iyun ilə 30 iyun tarixləri arasında) ümumilikdə 5764 əlavə ölüm halı qeydə alınıb. Bu ilin 24-28 may tarixləri arasında davam edən ilk istilik dalğası ilə əlaqədar daha təxminən 300 ölüm halı qeydə alınıb.

Gununsesi.info