Mərhum yazıçı Rafiq Tağının adına hekayə müsabiqəsi keçiriləcək.
Bu barədə Gununsesi.info-ya Rafiq Tağının qardaşı İlqar Tağı məlumat verib.
O bildirib ki, müsabiqə “Rafiq Tağı yayın evi” tərəfindən keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl 2012-ci ildə Rafiq Tağı adına mükafat da olub.
Həmin mükafat Dalğa Gənclər Hərəkatı tərəfindən təsis olunmuşdu.
İlqar Tağı həmçinin bildirib ki, müsaqibəyə göndərilən hekayələr süni intellekt tərəfindən qiymətləndiriləcək.
Müsabiqəyə start noyabr ayının 19-u veriləcək.











