Respublika üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 12:12

Respublika üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Gununsesi.info