Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 10:54

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 11:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin N.Naxçıvani küçəsinin və saat 15:00-dan işlər yekunlaşanədək Əliabad qəsəbəsinin qaz təchizatında fasilə olacaq.

Gununsesi.info