Çin və Nepal sərhədində daşqın və torpaq sürüşməsi nəticəsində 20-dən çox insan həlak olub.
Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, hazırda 22 nəfərin cəsədi aşkar edilib.
Ümumilikdə isə aralarında əcnəbilərin də olduğu 400-ə yaxın şəxsin itkin düşdüyü bildirilir.
Təbii fəlakət dağdan güclü su kütləsinin Bhote-koşi çayına axmasından sonra baş verib.
***
Güclü daşqın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb, 41 nəfər xəsarət alıb.











