Qızıl və gümüş bahalaşdı

  • Müəllif: Firuzə
  • 27 Avqust 2026 09:37

Qızılın qiymətində volatillik davam edir.

Gununsesi.info  xəbər verir ki, Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.

COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 26 dollar artaraq 4.620 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.37% bahalaşaraq 69.03 ABŞ dolları təşkil edib.

Gununsesi.info