Bağlı qapı arxasında qalan şəxs xilas edildi

  • Müəllif: Firuzə
  • 30 Avqust 2026 11:48

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 1 əməliyyat keçirilib.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər xilas olunub.

Gununsesi.info