Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ ilə bağlanan və 25 il müddətinə nəzərdə tutulan neft sazişi barədə məlumat verib.
Gununsesi.info xəbər verir ki, Delsi Rodrigez bildirib ki, saziş 17 strateji yatağı əhatə edir və neft hasilatının sutkada 1,5 milyon bareli keçməsini nəzərdə tutur.
Neftin bir barelinin qiyməti təxminən 65 dollar olduğu halda, Venesuela hər bareldən təxminən 19 dollar gəlir əldə etməyi planlaşdırır. Dövlətin ümumi gəlirlərinin 209 milyard dollardan çox olacağı qiymətləndirilir.
Saziş həmçinin 16 faiz həcmində royalti və yataqlarda fəaliyyət göstərən şirkətlərin mənfəətinə 34 faiz vergi tətbiq edilməsini nəzərdə tutur.
Venesuela neft ehtiyatlarını, mövcud infrastrukturu və işçi qüvvəsini, ABŞ tərəfi isə kapital və texnologiyanı təqdim edəcək.
Qeyd edilib ki, investisiyalar yeni iş yerlərinin yaradılmasına, infrastrukturun inkişafına və sanksiyalar nəticəsində ciddi zərər görmüş neft sənayesinin bərpasına imkan verəcək.












