Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsi elan edilir.
Gununsesi.info xəbər verir ki, şagird sayı 501-dən çox olan ümumi təhsil müəssisələrində çalışan və sertifikasiya üzrə 51-dən çox bal toplayan müəllimlər; şagird sayı 500-dən az olan ümumi təhsil müəssisələrində çalışan və sertifikasiya üzrə 42 və daha çox bal toplayan müəllimlər; digər qiymətləndirmələr üzrə isə 70%-dən daha çox nəticə göstərmiş müəllimlər direktor müavinlərinin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.
Müsabiqə necə keçiriləcək?
Müsabiqə 2 mərhələdən ibarətdir:
Sənəd qəbulu
Müsahibə
Test mərhələsi keçirilməyəcək.
Namizəd müsabiqə zamanı 3 vakant yer seçə bilər.
Namizədlər aşağıdakı bacarıqlar üzrə qiymətləndiriləcəklər:
Liderlik və strateji idarəetmə
Pedaqoji və tədris bacarıqları
İdarəçilik və təşkilatçılıq
Ünsiyyət və əlaqə
Problemlərin həlli və qərarvermə
Rəqəmsal bacarıqlar
Sosial və emosional bacarıqlar
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə vakant yerlər:
Abşeron rayonu • Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəb — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
Ağdərə kənd ümumi orta məktəb — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini
Xızı rayonu • Xızı rayonu Zaur Abbasov adına Baxşılı kənd ümumi orta ümumtəhsil məktəbi — Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini.












