Karakasla bağlanan müqavilə çərçivəsində alınan Venesuela nefti ABŞ-nin Strateji Neft Ehtiyatının artırılması üçün istifadə olunacaq.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social”da yazıb.
Onun sözlərinə görə, ABŞ-nin Strateji Milli Ehtiyatları keçmiş ABŞ Prezidenti Co Bayden səbəbindən demək olar ki, tamamilə tükənib.
Tramp əmin edib ki, bərpa prosesinə çox tezliklə başlanacaq və bu, Venesueladan Amerika xalqına bir hədiyyə olacaq.












