Yazıçı və şair Aqşin Yenisey fəlsəfə elmləri doktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin onun haqqında yazdığı məqaləyə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Aqşin Yenisey qeyd edib ki, Rafiq Əliyevin yazısı onun fikrincə, elmi və fəlsəfi mübahisə predmeti yaradacaq əsaslara malik deyil.
“Yazı, sadəcə, didaktik ağsaqqal mövqeyindən ibarətdir. Ələ gələsi, mübahisələndiriləsi heç bir elmi, fəlsəfi tutacağı yoxdur”, – deyə Aqşin Yenisey bildirib.
Yenisey vurğulayıb ki, onun tənqidi konkret şəxslərə deyil, anlayışlara yönəlib:
“Sadəcə, hörmətli fəlsəfə elmləri doktorumuzun bilməsini istərdim ki, mən şəxsləri, xüsusilə ağsaqqal və ağbirçəkləri təftiş etmirəm. Mənim davam anlayışlarladır. O anlayışlarla ki, bir ucdan fəlsəfə elmləri doktoru yetişdirir, amma ortada fəlsəfə yoxdur”.
Elmar










