Mərmərə dənizində iki gəmi toqquşdu

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2026 10:48

Mərmərə dənizinin İstanbuldakı Silivri rayonu sahillərindən təxminən 33 kilometr məsafədə iki yük gəmisi toqquşub.

Gununsesi.info  xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində “Alsu” və “Tuğberk İmamoğlu” adlı gəmilərin toqquşması nəticəsində baş verib.

İlkin məlumata görə, “Alsu” gəmisində ciddi görünən zədə yoxdur. Digər gəmidə olan 10 heyət üzvü ilə əlaqə kəsilib.

Əraziyə Sahil Mühafizəsinin helikopteri və digər xilasetmə vasitələri cəlb olunub. Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, “Tuğberk İmamoğlu” gəmisi 1990-cı ildə, “Alsu” tankeri isə 2022-ci ildə inşa edilib.

Gununsesi.info