Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var

  • Müəllif: Firuzə
  • 04 Sentyabr 2026 10:37

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

2000-ci il təvəllüdlü Tehran Seyidovun sürdüyü “Renault Megane” markalı avtomobil idarəetmədən çıxaraq yolun sağ hissəsində olan ağaca çırpılıb.

Nəticədə, avtomobilin ön oturacağında əyləşən 1981-ci il təvəllüdlü Qasımov Eşqin Məhərrəm oğlu hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.

Gununsesi.info