Vilayət Eyvazovun vətəndaş qəbulunda rekord say - NAZİR 2 MİN ADAMI ŞƏXSƏN DİNLƏYİB

  • Müəllif: admin
  • 07 Sentyabr 2026 12:06

 

Artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ayda bir dəfə  ölkənin müxtəlif şəhər və rayonlarında vətəndaş qəbulları keçirir.

Ənənə halını alan bu qəbullar bir sıra məmurlar üçün formal xarakter daşısa da, ancaq ölkə başçısının tapşırığına ciddi yanaşan nazirlər də var.

Bunlardan biri də daxili işlər naziri Vilayət Eyvazovdur. 

Gununsesi.info-nun  xəbərinə görə, daxili işlər nazirinin bir neçə gün əvvəl Sumqayıtda baş tutan vətəndaş qəbulunda 2 minə yaxın insan iştirak edib.

Məlumata görə, qəbula gələnlər üçün Sumqayıt Polis İdarəsinin yaxınlığında xüsusi çadırlar qurulub.

Nazir hər bir vətəndaşa yaxınşalaraq, onları şəxsən dinləyib və ərizələrinin aidiyyati üzrə araşdırılmasına  göstəriş verib.

Hətta nazir onunla görüşə gələn yaşlı insanların geri qayıtması üçün avtomobil də ayırıb.

Vətəndaşların nazirə müraciətlərinin nədən ibarət olmasına gəlincə, məlum olub ki, insanlar daha çox dələduzluq əməllərinin qurbanı olub.

 

Elmar 

Gununsesi.info